“Bulaq” kompleksi Nabranın meşə massivində dənizin 100 m kənarında yerləşir və ailə və ya kollektiv ilə komfort istirahət etmək üçün bütün şəraitlərə malikdir. “Bulaq” İstirahət Zonası özündə iyirmi beş 1 və 2 otaqlı kotteclər, böyük yeməkxana, 2 avtodayanacaq, basketbol, voleybol, tenis, bilyard və həmçinin uşaqlar üçün əyləncə meydançasını birləşdirir. Kotteclər yaşayış üçün rahatdırlar və sputnik TV, soyuducu, daimi soyuq və isti su ilə təmin olunur.