Mandarinn art Hotel

130₼ /gecəsi

Azərbaycan prospekti 33

Təsvir

“Mandarinnart Hotel & Suites” Azərbaycanın cənub qapısında, dəniz və sıx meşələrin olduğu Astara rayonunda yerləşir. Paytaxt Bakıdan 250 km uzaqlıqda yerləşən füsunkar təbiəti, cənub mirvarisi – Astaranı Mandarinnart Hotel ilə kəşf edin. Ekoloji cəhətdən Xəzər dənizinin ən təmiz suyunda üzmək, nadir ağac sayılan dəmirağac meşələri ətəyində unudulmaz istirahət üçün “Mandarinnart Hotel & Suites” əla seçimdir. Mandarinnart Hotel & Suites ingilis əsalətindən ilhamlanaraq, dəbdəbə və rahatlığın harmoniyası ilə inşa edilmiş 3 mərtəbəli butik hoteldir. Standart, delyuks və budget tipli otaqlar ilə xidmət göstərən hotelimizdə, restoran, kofe bar, vitamin bar, SPA və fitnes mərkəzi, açıq hovuz, uşaq əyləncə meydançası və yay amfiteatrı mövcuddur. Xüsusi zövq ilə döşənmiş geniş və işıqlı otaqlarımızın sahəsi 25-45 kvadrat m olmaqla yüksək keyfiyyətli mebel, ortopedik çarpayı və texniki avadanlıqlarla təchiz olunmuşdur. Qonaqların gözləntilərini qarşılamaq üçün otaqlarda minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, xalçalı döşəmə, duş kabin, fen mövcuddur. Qonaqlara ingilis üslubunda qüsursuz yataq dəstləri, gigiyenik vasitələr və hamam xalatları təqdim edilir.

Hər tip otellər

Hotel

Üstünlük

Avtodayanacaq
Wi-Fi
24/7 mühafizə

Qaydalar

Giriş
14:00
Çıxış
12:00

İstiqamət

Azərbaycan prospekti 33

Hər tip otellər

Hotel

Üstünlük

Avtodayanacaq
Wi-Fi
24/7 mühafizə