Shamakhi Palace Sharadil Hoteli buraya təşrif buyuranlar üçün dağların başına açılan heyranedici görüntüyə malik əsas binada yerləşən 106 möhtəşəm və olduqca rahat otaq və 12 kotec təklif edir.
Shamakhi Palace Sharadil Hoteli, gün boyu özünüzü rahat hiss etməyə imkan verəcək və Uzaq Şərqə məxsus özəl seanslarından, SPA proqramlarından əlavə, məşhur dünya brendlərindən, akkreditə olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən xüsusi proseduraları təklif edir.
870 kv.m-lik sahədə türk hamamı, Fin saunası, fitnes mərkəzi və baxım otaqlarına malik SPA-da özünüzü yenidən doğulmuş kimi hiss edəcəksiniz.
Çoxsaylı əyləncəli proqramlar, animasiya şouları, idman yarışları,canlı tamaşalar və diskotekalar, eləcə də bir çox digər tədbirlər ailənizin asudə vaxtını unudulmaz təəssüratlarla dolu edəcək.
Shamakhi Palace Sharadil Hoteli fəal istirahət üçün ideal yerdir. Dostlarınız və biznes üzrə tərəfdaşlarınızla komandada və ya yalnız oynayaraq keçirdiyiniz vaxtdan zövq alın. Maraqlı yürüşdən, Atla səfərdən və ya Atıcılıqdan unudulmaz təəssüratlar alın.