Quba

Zəngin tarixə və füsunkar təbiətə malik Quba rayonu Azərbaycanın şimal şərqində Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Quba ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Rayonun ərazisi dünyanın 27 ölkəsindən böyükdür. Quba rayonunun Buduq inzibati ərazi vahidliyinə daxil olan Yalavanc kəndindən Xəzərə, dünya okeanına isə Volqa-Don kanalı və Volqa-Baltik su yolu ilə bilavasitə çıxışı var. Quba rayonu Böyük Qafqazın şimal-şərqindədir. Səthi əsasən dağlıqdır. Şimal-şərq kənarı Samur-Dəvəçi ovalığına çatır. Cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin yan hissəsindən (Tufandağdan-Dübrar dağınadək) keçir. Baş Qafqaz silsiləsindən şimal-şərqdə ona paralel və çay dərələri ilə kəsilmiş Qaytarqoca silsiləsi, Yan silsilə, Qaynarca tirəsi və s. uzanır. Ərazinin hündürlüyü təqribən 100 metrdən (ovalıqda) 4206 metrədəkdir (Tufandağ).

Quba

Məkana səyahət et

Tövsiyə olan Otellər
Quba
320₼ /gecəsi
Quba
150₼ /gecəsi
Quba
90₼ /gecəsi
Quba
50₼ /gecəsi
Quba
0₼ /gecəsi

View More

Şəhərin xəritəsi